0

Kim Çen In ABŞ-a səfər edəcək

Baxış: 250

Sinqapurda uğurlu keçən sammitdən sonra KXDR lideri Kim Çen In ABŞ prezidenti Donald Trampın Vaşinqtona səfər etməklə bağlı təklifini qəbul edib.

Press-az.com xəbər verir ki, bu haqda KXDR-nın dövlət agentliyi məlumat yayıb.

“Kim Çen In Trampı ona rahat olan vaxtda Pxenyana səfər etməyə çağırıb, Tramp isə öz növbəsində Kim Çen Inı ABŞ-a dəvət edib. ABŞ və Şimali Koreya liderləri bu dəvətləri böyük məmnuniyyətlə qəbul edib. Onlar bunun ABŞ-KXDR münasibətlərində vacib hadisəyə çevriləcəyinə əminlik ifadə edib.”, -deyə agentliyin məlumatında qeyd olunur.

Xatırladaq ki, ABŞ və Şimali Koreya liderləri arasında sammit iyunun 12-də Sinqapurda keçirilib. Dövlət başçılarının görüşü Sentosa adasında yerləşən “Kapella” otelində baş tutub.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz