0

Volqa çayında qəza: ölənlər və itkin düşənlər var

Baxış: 464

Rusiyanın Volqoqrad limanı yaxınlığında Volqa çayında barja ilə katamaranın toqquşması nəticəsində səkkiz nəfər həlak olub, iki nəfər itkin düşüb.

Press-az.com xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Hadisə yerində olan fövqəladə hallar xidmətindən olan mənbə gəzinti gəmisində 17 nəfər olduğunu söyləyib. Onlardan yeddisini xilas etmək mümkün olub.

İnsident sahildən 250 metr aralıda baş verib. Toqquşmadan sonra katamaran alt-üst olub.

Hazırda xilasetmə əməliyyatları davam etdirilir. Çayda axtarışlara 12 gəmi və kater cəlb olunub.Qəzanın səbəbləri hələ ki, açıqlanmır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz