0

İranda silsilə terror aktlarının qarşısı alınıb

Baxış: 345

İran təhlükəsizlik qüvvələri Tehran və digər iri şəhərlərdə terror aktları törətməyi planlaşdıran 20-dən çox terrorçunu həbs edib.

Oxu.Az “Təsnim” agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkənin informasiya və milli təhlükəsizlik nazirliyi bəyanat yayıb.

Agentliyin məlumatına görə, saxlanılan 27 nəfər Ramazan ayı ərzində və fələstin xalqına həmrəylik məqsədilə keçirilən Əl-Qüds günündə silsilə hücumlar həyata keçirməyi planlaşdırıb.

Təhlükəsizlik qüvvələri terrorçulara aid hərbi avadanlıqları, partlayıcı qurğuları, əl qumbaraları, odlu silah və sursatları müsadirə edib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz