İranda terrorçu qrup zərərsizləşdirilib » Press-az
0

İranda terrorçu qrup zərərsizləşdirilib

Baxış: 363

İranın Qərbi Azərbaycan əyalətində terrorçular və SEPAH arasında atışma olub.

Press-az.com Tasnim agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində 7 terrorçu zərərsizləşdirilib. Onlardan bir neçə nəfəri öldürülüb.

SEPAH-ın “Həmzə Seyyduş-Şühəda” quru qoşunları qərargahının yaydığı məlumata görə, cümə axşamı bir qrup terrorçu İraqın şimalından İran ərazisinə soxulmağa cəhd edib. SEPAH-ın müdaxiləsi nəticəsində cəhdin qarşısı alınıb.

Oşnəviyə sərhəd keçid məntəqəsi yaxınlığında zərərsizləşdirilən terrorçulardan xeyli sayda silah götürülüb.

SEPAH üzvlərindən xəsarət alan olmayıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz