0

Britaniya kraliçası əməliyyat olunub

Baxış: 443

İngiltərənin Bukunqem sarayının nümayəndəsi kraliça II Yelizavetanın gözündən əməliyyat olunduğunu söyləyib.

Press-az.com xəbər verir ki, buna səbəb kraliçanın gözündə qocalma ilə əlaqədar kataraktın meydana gəlməsidir.

Uğurlu əməliyyat may ayında aparılsa da, mətbuatdan gizli saxlanılıb. 

92 yaşlı kraliçanın Londonun özəl klinikalarından birində əməliyyat masasına uzandığı və bir gün xəstəxanada qaldığı bildirilir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz