Tramp Məhəmməd Əlini ölümündən sonra əfv edə bilər » Press-az
0

Tramp Məhəmməd Əlini ölümündən sonra əfv edə bilər

Baxış: 1 667

ABŞ prezidenti Donald Tramp bildirib ki, vəfat edən boks üzrə dünya çempionu Məhəmməd Əlinin əfv olunması imkanlarını nəzərdən keçirir.

Press-az.com xəbər verir ki, bununla bağlı The Independent məlumat yayıb. 

1967-ci ildə Vyetnama göndərmək üçün ordu sıralarına çağırılan zaman Əli orduda xidmət etməkdən boyun qaçırıb. Ona ringə çıxmaq qadağan edilib. Qadağa 1971-ci ildə ABŞ Ali məhkəməsi tərəfindən ləğv edilib.  

“Böyük səkkizlik” ölkələrinin sammitində iştirak üçün Kanadaya uçmazdan əvvəl Tramp deyib ki, Əlini işi ilə əlaqədar tövsiyyə hazırlayır. Onun sözlərinə görə, onda 3 min nəfərin adının olduğu əfv siyahısı var. 

Əfsanəvi boksçu 2016-cı ildə 74 yaşında vəfat edib. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz