0

Çinli “hörümçək adam” uşağı belə xilas etdi

Baxış: 201

Çinin Huayhua şəhərində yoldan keçən gənc hündürmərtəbəli binadan yıxılmaq təhlükəsi ilə üzləşmiş azyaşlını xilas edib.

Press-az.com “South China Morning Post”a istinadən xəbər verir ki, azyaşlı beşinci mərtəbənin eyvanında dəmirbarmaqlıqdan sallanıb.

Yuxarı çıxa bilməyən uşaq ölümlə üz-üzə qalıb.  Fədakar çinli dəmirbarmaqlılarla yuxarı dırmanmağa başlayıb, hadisəyə biganə qalmayan qonşular isə aşağıda hər ehtimala qarşı brezent açıb.

Ancaq brezentə ehtiyac qalmayıb. Cəsur gənc uşağı qaldıraraq, eyvandan mənzilə qaytarıb.



MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz