0

Əfqanıstan hökuməti “Taliban”la sülh bağladı

Baxış: 379

Əfqanıstanın prezidenti Əşrəf Qəni öz “Twitter” səhifəsində “Taliban” radikal hərəkatı ilə müvəqqəti sülh bağladıqlarını elan edib.

Press-az.com xəbər verir ki, onun sözlərinə görə, atəşkəs Ramazan ayının 27-ci günündə qüvvəyə minəcək və iyunun 19-a kimi davam edəcək.

Əfqanıstan lideri bildirib ki, bu barışıq Talibanın zorakılıq kampaniyasına birdəfəlik son qoyması üçün ən yaxşı fürsətdir.

“Onlar zorakılıq kampaniyası ilə ürəkləri və ağılları zəbt edə bilməzlər, onlar öz ideyaları ilə özlərini əfqan xalqından daha da uzaqlaşdırırlar, bunu artıq anlamalıdırlar”, -deyə Qəni qeyd edib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz