Gürcüstanlı dizayner Rusiya pasportundan çəkmə hazırladı » Press-az
0

Gürcüstanlı dizayner Rusiya pasportundan çəkmə hazırladı

Baxış: 336

Gürcü əsilli dizayner Demna Qvasaliyanın təsis etdiyi “Vetements” brendi “Instagram” hesabında üzərində Rusiya dövlət gerbi və xarici pasportun üz qabığının şəkli olan uzunboğaz çəkmə modelini təqdim edib .

Press-az.com xəbər verir ki, bu haqda Lent.ru məlumat yayıb.

Uzunboğaz çəkmənin rəng çaları da pasportun üz qabığının rənginə uyğun seçilib.

Məlumata görə, yeni model şirkətin 2018-2019 payız-qış kolleksiyasına daxil edilib və yaxın gələcəkdə satışa çıxarılacaq.

Şirkətin bu paylaşımı rusiyalı sosial şəbəkə istifadəçilərini hiddətləndirib. Bir çox istifadəçilər dizaynda Rusiya pasportu əvəzinə Gürcüstan pasportunun şəkillərindən istifadə etməyi tövsiyə edib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz