0

Duterte öpüş qalmaqalından sonra istefaya getməyə hazırdır

Baxış: 173

Evli qadını dodağından öpən Filippin prezidenti Rodriqo Duterte istefaya getməyə hazır olduğunu bildirib. 

Press-az.com xəbər verir ki, bununla bağlı Reuters agentliyi məlumat yayıb. 

Duterte  ona qarşı ittihamlara cavab vermək qərarına gəlib. 

O bildirib ki, baş verənlər Cənubi Koreyadakı görüş iştirakçılarını əyləndirmək üçün “təmiz şou” idi. 

“Kifayət qədər qadın var. Düşünürəm ki, əgər qadınlar mənim istefam üçün petisiya imzalasalar, mən gedəcəm”, - prezident deyib. 

Duterte qeyd edib ki, qadınlarla öpüşmək onun stilidir və o, Davao meri olduğu 22 il ərzində bunu edib. 

“Mer olduğum zaman bütün qadınları dodağından öpürdüm. Əsas məsələ odur ki, siz məni tanımırsız”, - o bildirib. 

Xatırladaq ki, Cənubi Koreyada səfərdə olan 73 yaşlı Duterte iyunun 3-də bəyan edib ki, kim onu dodağından öpsə, həmin adama “Sirlər qurbanı: Filippin katolik kilsəsində seks, siyasət və pullar” kitabını verəcək. 

Səhnəyə iki qadın çıxıb. Onlardan biri prezidenti dodağından öpüb, digəri isə yanağından öpülməyə razılaşıb. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz