0

Polietilen torbalar tarixə qovuşa bilər

Baxış: 212

Birləşmiş Millətlər Təşkilatı polietilen torbaların istifadəsinin qadağan olunması təklifi ilə çıxış edəcək. 

Press-az.com “Straits Times” nəşrinə istinadla xəbər verir ki, bununla bağlı məlumat BMT-nin Ətraf-Mühit komitəsinin hesbatında verilir. 

Ümumdünya ətraf mühit günündə yayımlanan araşdırmalar zamanı müəyyən edilib ki, ərzaqların daşınması və zibillərin saxlanılması üçün torpaqda çürüməsinə min il tələb olunan 5 trilyon polietilen paket istifadə edilir. 

Bununla yanaşı, komitə üzvləri bildirib ki, 9 milyard ton plastik materialların cəmi 9 faizi yenidən istehsala verilir. 

Bu zaman ətraf mühitin qlobal çirklənməsinin əsas mənbələri müəyyənləşdirilmiş olur. 

Plastik tullantı siyahısında birinci yeri Çin, ikinci və 3-cü yeri isə Avropa Birliyi və ABŞ tutur. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz