0

Moskva Paşinyanın Qarabağla bağlı ritorikasını tənqid etdi

Baxış: 48

Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirləri konstruktiv deyil. 

Press-az.com xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat İdarəsinin direktoru Artyom Kojin deyib.

“ATƏT-in bu məsələ ilə bağlı mövqeyinə sığmayan qurultulu bəyanatlar konstruktiv deyil”, - o deyib. 

Qeyd edək ki, son vaxtlar Ermənistan baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fitnəkar bəyanatlar səsləndirib. O, bəyanatlarında “DQR”-in bu danışıqlarda üçüncü tərəf kimi qəbul edilməsini tələb edib. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz