Gürcüstan prezidenti etirazçıların qarşısına çıxdı » Press-az
0

Gürcüstan prezidenti etirazçıların qarşısına çıxdı

Baxış: 495

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Tbilisidə yeniyetmənin ölümü ilə bağlı aparılan istintaqa və məhkəmə qərarına etiraz edən kütlənin qarşısına çıxıb. 

Press-az.com TASS agentliyinə istinadla xəbər verir ki, bundan əvvəl Gürcüstan baş prokuroru etiraz aksiyalarına görə istefa verib.

Hazırda etirazçılar hökumətin istefasını tələb edirlər. 

Marqvelaşvili öldürülən yeniyetmənin atası, aksiyanın təşkilatçısı Zaza Saralidzenin olduğu çadıra girib və onunla danışıqlar aparıb. Danışıqlarda Gürcüstan Təhlükəsizlik Şurasının sədri David Rakviaşvili də iştirak edib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz