0

Tbilisidə kütləvi etiraz: hökumətin istefası tələb olunur – YENİLƏNİB

Baxış: 247

Tbilisidə parlament qarşısına toplaşan mitinq iştirakçıları ədliyyə naziri Teya Sulukianinin istefasını tələb edir.

Press-az.com xəbər verir ki, bundan əvvəl etirazçılar ölkənin baş prokuroru Şotadzenin istefasına nail olub.

Aksiyanın təşkilatçısı ötən ilin dekabr ayında Tbilisinin mərkəzində baş verən kütləvi davada həlak olan 16 yaşlı yeniyetmənin atası Zaza Saralidzedir. İstintaqın qeyri-obyektiv aparıldığından və cinayətkarın əməlinin ört-basdır edildiyindən şikayətlənən valideyn hökumətə ultimatum verib.

“Ədliyyə nazirinin bəyanatı utanc gətirir. O vaxtlı-vaxtında istefa verməlidir. Bizim tələblər yerinə yetirilməsə, aksiya daha geniş miqyaslı olacaq, bizə digər bölgələrdən də insanlar qoşulacaq”, -deyə o mitinqdə çıxışında bildirib.

Mitinq iştirakçıları artıq parlament qarşısında çadır düşərgəsi qurmağa başlayıb. Onlar eyni zamanda baş nazir Qeorqi Kvirikaşvili və onun hökumətinin istefasını tələb edir.

Tbilisidə yüzlərlə insan parlament binasının qarşısına yürüş edib.

Press-az.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bundan əvvəl baş prokurorluq binası qarşısına toplaşan etirazçılar qurumun rəhbəri İrakli Şotadzenin istefasını tələb edib.

Tələbləri yerinə yetdikdən sonra, onlar parlament binasının qarşısına toplanmağa qərar verib.

Etirazlara səbəb 2017-ci ilin dekabr atında Tbilisinin mərkəzində baş verən davada yeniyetmənin öldürülməsidir.

Mitinq iştirakçıları istintaqın qeyri-obyektiv aparıldığını və prokurorluğun insident iştirakçılarından birinin əməlini ört basdır etməyə çalışdığını bildirir. İddiaya görə, himayə altında olan cinayətkarlardan biri qurumun keçmiş əməkdaşının oğludur.

“Bizim sayımız kifayət qədər çoxdur, biz bura toplaşmaqla təkcə öldürülmüş yeniyetmənin atasına dəstək olmuruq, eyni zamanda bütövlükdə sistemə qarşı etirazımızı ifadə edirik”, -deyə aksiya iştirakçılarından biri bildirib.

Etirazçıların istintaqın qeyri-obyektiv aparılmasına görə bütün günahkarların məsuliyyətə cəlb olunmasını istəyir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz