0

Çılğın qaz sosial şəbəkənin ulduzuna çevrildi – Foto

Baxış: 172

ABŞ-ın Detroit şəhərində çılğın qaz “Los Anceles Eyncelz” və “Detroit Tayqers” komandaları arasında keçirilən beysbol matçına müdaxilə edib.

Press-az.com xəbər verir ki, bu barədə “Ren TV” məlumat yayıb.

Quş meydana təsadüfən çıxıb və yaşıl ot örtüyü boyunca qaçaraq, idmançılara mane olub.

Qazı hər dəfə tutmağa çalışan zaman, qanad alaraq onu təqib edən şəxsdən uzaqlaşıb.

Bir müddətdən sonra quş hesab tablosu ilə toqquşaraq, tribunaya yıxılıb.

Stadionun əməkdaşları sonda qazı cilovlaya bilib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz