Putin və Netanyahu Suriyanı müzakirə edib » Press-az
0

Putin və Netanyahu Suriyanı müzakirə edib

Baxış: 127

Rusiya prezidenti Vladimir Putinlə İsrail baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub.

Press-az.com xəbər verir ki, bu haqda Kremlin rəsmi saytında məlumat dərc olunub.

Məlumata görə, ölkələrin liderləri Suriyadakı vəziyyəti müzakirə edib.

“Mayın 9-da Moskvada keçirilən danışıqların davamı olaraq, Suriya münaqişəsinin nizamlanması ilə bağlı bəzi aspektlər müzakirə olunub”, -deyə məlumatda qeyd olunur.

Bundan savayı Putin və Netanyahu ikitərəfli münasibətlərin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz