Poroşenko rusiyalı jurnalisti qorumağı tapşırdı » Press-az
0

Poroşenko rusiyalı jurnalisti qorumağı tapşırdı

Baxış: 394

Ukrayna prezidenti Pyotr Poroşenko rusiyalı jurnalist Arkadiy Babçenko və ailəsinin qorunması üçün evinə mühafizə dəstəsi göndərib.

Press-az.com xəbər verir ki, bu barədə Ukrayna lideri öz “Twitter” səhifəsində yazıb.

Ötən gün Kremlin kəskin tənqidçilərindən sayılan Babçenkonun sui-qəsd nəticəsində öldürüldüyü haqqında xəbər çıxmışdı.

Habelə mayın 30-da Ukrayna təhlükəsiz xidməti Babçenkonun “qətlinin” xüsusi əməliyyatın bir hissəsi olduğunu açıqlayıb.

Jurnalist özü mətbuat konfransında çıxış edərək, səbəb olduğu narahatlığa və həyəcana görə həmkarlarından və həyat yoldaşından üzr istəyib.

Təhlükəsizlik xidməti bildirib ki, Babçenkoya qarşı sui-qəsdin təşkilatçıları Rusiyanın xüsusi xidmət orqanları olub.

Sui-qəsdin təşkilatçısının həbs olunduğu bildirilir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz