0

“YouTube” qətllərdə ittiham olunub

Baxış: 457

Skotland-Yard Londonda cinayətlərin artmasında sosial medianı ittiham edib. 

Press-az.com xəbər verir ki, bu məlumatı “The Daily Mail” yayıb. 

Britaniya polisi dəfələrlə “YouTube” nümayəndələrinə milyonlarla baxışı olan, biri-birini ağır mətnlər və silahla təhdid edən dəstəkləri özündə əks etdirən rep-kliplərin blok olunması üçün müraciət edib. 

Son iki ildə hökumət 60 videoçarxın silinməsini istəyib, ancaq bunlardan yalnız 30-u silinib. 

Polis rəisi Kressid Dikin sözlərinə görə, nəhəng veb-servislər zorakılığı tətbiq edən kontentlərin silinməsində məsuliyyət daşıyırlar. 

Yerli xəfiyyə Mayk Vest deyib ki, hüquq-mühafizə orqanları 2015-ci ilin sentyabrından bu mövzuda olan materialların artdığını müşahidə edirlər. Bu müddətdə bazaya 1,4 min eyni məzmunlu çarx yüklənib

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz