0

Kiyevdə bomba həyəcanı: metro stansiyaları bağlandı

Baxış: 276

Kiyevdə partlayıcı qurğu haqqında anonim zənglərin daxil olması ilə əlaqədar beş metro stansiyası bağlanıb.

Press-az.com xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.

Məlumata əsasən,qaynar xəttə eyni vaxtda “Dnepr”, “Hidropark”, “Levoberejnaya”, “Arsenalnaya” və “Qeroyi Dnepra” stansiyalarında partlayıcı qurğunun yerləşdirilməsi ilə bağlı zənglər daxil olub.

Bundan əvvəl bomba həyəcanı ilə əlaqədar altı metro stansiyasında olan sərnişinlərin təxliyə edildiyi barədə xəbər yayılmışdı.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz