0

İranda 700-dən çox insan göbələkdən zəhərlənib

Baxış: 482

İranda 720 nəfərdən çox insan göbələkdən zəhələrlənib, 9 nəfər isə ölüb.

Press-az.com RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə qəza xidmətinin nümayəndəsi Moctəbu Xaledi bildirib.

Xaledinin sözlərinə görə, İranın Kermanşah, Kürdistan, Zəncan, Qərbi Azərbaycan və Qəzvin bölgələrində ümumilikdə 721 nəfər göbələkdən zəhərlənib. 50 nəfərin vəziyyəti ağırdır. Onlardan bəzisinə təcili surətdə qaraciyər köçürülməlidir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz