Yerevanda etirazçılar Baş Prokurorluğu mühasirəyə aldı » Press-az
0

Yerevanda etirazçılar Baş Prokurorluğu mühasirəyə aldı

Baxış: 75

Ermənistan baş prokuroru Artur Davtyanın istefasını tələb edən Yerevan sakinləri binanın girişinə toplaşıblar. 

Press-az.com bununla bağlı TASS agentliyinə istinadla xəbər verir. 

10-15 nəfərdən ibarət qrup prokurorluq nümayəndələrinin binaya daxil olmasına imkan verməyib. 

Davtyanın istefasının tələb olunmasında səbəb onun baş nazir Nikol Paşinyanla fikir ayrılığıdır. Paşinyan ölkədə siyasi məhbusların olduğunu desə də, Davtyan bunu inkar edib. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz