0

Putin “Yars” kompleksləri barədə danışdı

Baxış: 219

Rusiya prezidenti Vladimir Putin Soçidə keçirdiyi toplantıda bu ilin sonuna kimi ölkənin 14 raket bölməsinin “Yars” kompleksləri ilə təchiz olunacağını bəyan edib.

Press-az.com xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.

Putinin sözlərinə görə, “Yars” sistemi köhnə “Topol” komplekslərini əvəzləyəcək.

“Yars” mobil və mədən əsaslı qitələrarası ballistik raketlə təchiz olunmuş müasir strateji raket kompleksidir.

Putin eyni zamanda ölkənin hava hücumundan müdafiə sisteminin yeni, yüksək texnologiyalı silahlarla gücləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz