0

ABŞ polisi yanan maşından sürücünü xilas etdi

Baxış: 171

Nyu-York şəhər polis idarəsinin əməkdaşları Rosel Parkı yaxınlığında yanan avtomobilldən sürücünü xilas edib.

Press-az.com xəbər verir ki, əməliyyatın görüntüsü asayış keşikçilərinin uniformasına bərkidilən kameranın obyektivinə düşüb.

Kadrlarda sürücünün od tutub yanan avtomobildə çaşqın vəziyyətdə qaldığını və maşını tərk edə bilmədiyini görmək olur. Sürücü sadəcə sükandan möhkəm yapışıb və ölümünü gözləyib.

Polis əməkdaşları dərhal müdaxilə edərək onu avtomobildən çıxarıb və  partlayış baş verməmiş təhlükəsiz əraziyə təxliyyə edib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz