0

Dünyanın ən kök sərnişini narkotiki qarnında gizlətdi

Baxış: 330

ABŞ-ın Florida ştatının yol polisi əməkdaşları 200 kilo çəkisi olan sərnişinin qarın qatları arasında 23 qram marixuana aşkarlayıb.

Lenta.ru saytının xəbərinə görə, yoxlamaya sürücünün təhlükəsizlik kəmərini bağlamaması səbəb olub.

Yol polisləri ancaq yol hərəkəti qaydalarını pozan sürücünü cəzalandırmağı planlaşdırırmışlar. Amma söhbət zamanı polislər 42 yaşlı sərnişin Kristofer Mitçel və 38 yaşlı sürücü Keytian Robertsin özünü şübhəli şəkildə əsəbi apardığını müşahidə edib. Bunun ardınca polis iti qızğın şəkildə maşına tərəf hücum çəkəndə isə daha dəqiq yoxlama aparılıb və Mitçelin qarın qatlarında marixuana, Robertsin üstündə isə kokain aşkarlanıb. Maşında həmçinin corabın içində gizlədilmiş 7 min dollar və silah tapılıb. Hər iki kişi həbs edilib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz