0

Sanksiyalar məsələsi Trampla ABŞ-ın BMT-dəki səfirini üz-üzə qoydu

Baxış: 34

“Prezident Donald Tramp bazar günü televizorda ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heylinin çıxışını izləyib və bərk əsəbiləşib. N. Heyli çıxışında Ağ Evin Rusiyaya yeni sanksiyalar tətbiq etmək hazırlığında olduğunu söyləyibmiş. Trampı qəzəbləndirən şəxsən özünün belə bir qərar qəbul etmədiyi halda onun adından bu cür bəyanatın verilməsi olub”.

Musavat.com xəbər verir ki, bununla bağlı informasiya “The New York Times” qəzetində dərc olunub.

Qəzetdə yazılana görə, cəmi 2 gün sonra Ağ Evin Nikki Heylinin sanksiyalar haqqında bəyanatının “qısamüddətli yanılma” olaraq dəyərləndirməsi münaqişəni alovlandırıb. Belə ki, Nikki Heyli açıq şəkildə heç də yanılmadığını dilə gətirib.

Məqalədə bütün bunların ABŞ-ın xarici siyasi kursunu müəyyənləşdirən qurumların nə cür fəaliyyət göstərdiyini ortaya qoyduğu yazılıb.

“Donald Tramp dövlət katibi Reks Tillersonu istefaya göndərdikdən sonra Nikki Heyli xarici siyasət məsələlərində nüfuzlu fiqura çevrilib. Lakin hər halda onu belə ABŞ-ın ən böyük düşməni ilə bağlı qəbul olunan qərarlar barədə məlumatlandırmayıblar. Ağ Evdəki mənbələrin söylədiklərinə əsasən, administrasiya Nikki Heyliyə Rusiyaya qarşı sankisiyalarla bağlı kursun dəyişdiyi barədə məlumat verməyib”.

“The New York Times” bu toqquşmadan başqa Donald Trampla Nikki Heyli arasında yaranan ən böyük problemin sonuncunun Rusiyaya qarşı daha aqressiv mövqedə dayanmasını göstərir.

“Zaman-zaman bu prezidentə sərf edir. Ona görə ki, N.Heyli prezidentin əslində demək istəmədiyi sözləri dilə gətirir. Lakin digər hallarda ABŞ-ın BMT-dəki səfirinin bu məsələdə açıq mövqe sərgilməsi və səmimiliyi onu özündən çıxarır”, - məqalədə yazılıb.

Yazıda Donald Trampın Nikki Heylinin daha ambisiyalı planlara malik olmasından şübhələndiyi qeyd olunub.

“Ağ Evə yaxın respublikaçılar Nikki Heyli və vitse-prezident Maykl Pens arasındakı əlaqələrdən və onların 2020-ci il seçkilərinə hazırlıq içində olduğunu bildirirlər”.

Məqalədə Nikki Heylinin həm respublikaçılar, həm də demokratlar içində böyük simpatiya qazandığı vurğulanır.

Respublikaçı dairələrdə N.Heyli Lindsi Qrem və Con Makkeyn kimi neo-mühafizəkar və “quzğunlar”ın favoriti sayılır. Lakin Heyli Trampın rəhbərlik etdiyi izolyanist cərəyan tərəfindən bəyənilmir.

Demokratlar isə Helyini “bir çox məsələlərdə ağıllı davranmasına” görə sevirlər. Buna baxmayaarq, Demokrat partiyasının solçu qanadı Nikki Heylini həddindən artıq davakar olmaqda ittiham edir.

“Prinsip etibarı ilə Nikki Heyli İranın bombalanması, Rusiya ilə soyuq müharibənin davam etdirilməsi, bütün dünyada güc işlətmək kimi məsələlərdə Con Makkeyn və Lindsi Qremin fikirlərini paylaşır”, - ABŞ Nümayənələr Palatasının demokrat üzvü, Kaliforniyadan seçilən deputat Ro Hanna qeyd edib.

Palatanın digər üzvü demokrat Cerald Konnollinin fikrincə, Nikki Heyli hazıki dövrdə öz vəzifəsi ilə bacarmayan, irrasional və qeyri-sabit qərarlar qəbul edən Ağ Evin içində balaca ada kimi görünür. “İndi onunla Tillerson kimi davranmağa başlayıblar və keçmiş dövlət katibinə qarşı görülən tədbirlər onun özünə tətbiq olunmağa başlanıb. Lakin bu adanın yüksələn dənizi udması da mümkündür”, - Konolli qeyd edib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz