Netanyahudan çağırış - İRANI DA VURUN » Press-az
0

Netanyahudan çağırış - İRANI DA VURUN

Baxış: 754

İsrailin “Jerusalem Post” qəzetində yer alan xəbərə görə, İsrail baş naziri Benyamin Netanyahu Suriyanı hədəfə alan koalisiyanın İrana da hərbi müdaxilə etməsi üçün çağırış edib. İsrail mətbuatının məlumatlarına görə, Benyamin Netanyahu Böyük Btitaniyanın baş naziri Tereza Meyə Suriyadakı əməliyyatlara analoji olan bir əməliyyatın İrana qarşı aparılması lazım olduğunu söyləyib.

Tereza Meylə telefon danışığı aparan Benyamin Netanyahu ABŞ-ın Suriyadakı kimyəvi silahlardan istifadəsinə qarşı istiqamətlənmiş əməliyyatlarına ölkəsinin də dəstək verdiyini ifadə edərək, əməliyyat üçün Böyük Britaniya və Fransaya dəstəyə görə təşəkkürünü dilə gətirib.

Əməliyyatın regionda qeyri-ənənəvi silahlara qarşı dözümsüzlük nümayişi üçün mesaj olduğunu vurğulayan B.Netanyahu, İranın nüvə gücünə malik olan və bölgədəki balansı pozan “bir terrorçu dövlət” olduğunu iddia edib. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz