0

İranda “qanlı çərşənbə”: Ölən və yaralılar var

Baxış: 1 195

 İranda Yel çərşənbəsi ilə bağlı keçirilən şənliklərdə azı 4 nəfər həlak olub, 2082 nəfər yaralanıb.

Press-az.com “IRNA” istinadən verdiyi xəbərə görə, bu barədə İran səhiyyə rəsmiləri açıqlama verib. 

Təcili tibbi yardım rəsmisi Pir Hüseyn Qulvyəndin dediyinə görə,  zərərçənlər 24 ayrı insident nəticəsində xəsarət alıb.

“158 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, 157 nəfərin alovdan gözü yanıb. Zərərçəkənlərin 65 faizi 6-18 yaşlarında olan gənclərdir”deyə rəsmi bildirib.

Bundan savayı iki nəfərin pirotexniki vasitənin partlaması nəticəsində əlini itirdiyi qeyd olunur.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz