0

ABŞ əvvəl şərt qoydu, sonra geri çəkildi: Koreya birləşmə yolunda

Baxış: 395

ABŞ Prezidenti Donald Trump ilə Şimali Koreya lideri Kim Jong arasında keçiriləcəyi açıqlanan görüşün Şimali Koreyanın verdiyi sözləri yerinə yetirməsinə bağlıdır.

Press-az.com xəbər verir ki, bunu Ağ ev sözçüsü Sarah Sanders gündəlik mətbuat brifinqində deyib.

Brifinqdə mətbuat nümayəndələrinin suallarını cavablandıran Sanders Şimali Koreyadan "konkret" və "təsdiq olunan" addımlar gözlədiklərini vurğulayıb.


Xanım diplomatın bu konkretliyinin ömrü isə uzun olmayıb. Brifinqin sonra Ağ Evdəki mətbuat nümayəndələrinə yazılı bir açıqlama göndərən Sanders Trampla Kim arasındakı görüşün mütləq keçiriləcəyini bildirib, öz sözlərinin isə ön şərt kimi qəbul olunmamasını rica edib.

Qeyd edək ki, bundan əvvəl Şimali Koreya lideri Kimin ABŞ-lı həmkarı Trampı görüşə dəvət etdiyi və iki prezidentin ən geci may ayının sonuna qədər bir araya gələcəyi bildirilmişdi. Həmin məlumatı ilk əvvəl Cənubi Koreya Milli Təhlükəsizlik müşaviri Çung Eui-Yong ABŞ rəsmiləriylə görüşünün ardından Ağ Evdəki mətbuat açıqlamasında verərək demişdi:

"Prezident Tramp ciddi şəkildə Koreya yarımadasının nüvədən təmizlənilməsi məqsədinə çatmaq üçün ən geci mayın sonuna qədər Kim Jong ilə görüşəcəyini deyib. Kim isə Şimali Koreyanın bundan sonra hər hansı nüvə və balistik raket sınağı keçirməyəcəyini vəd edib. O, həmçinin ABŞ ilə Cənubi Koreya arasındakı rutin hərbi təlimlərin davam etməsinin lazım olduğunu anladığını bildirib".

İki Koreya arasındakı əlaqələr Şimali Koreya lideri Kim Jongun yeni il çıxışında 2018 Pxençxan Qış Olimpiyasında idmançı heyəti göndərəcəyi və bu barədə Seul ilə danışıqlara açıq olduqlarını açıqlaması ilə başlamışdı. Bu açıqlamadan sonra iki ölkə nümayəndə heyətlərinin Beynəlxalq Olimpiya Komitəsinin (IOC) himayəsi altında bağladıqları müqavilə çərçivəsində yarışlara Şimali Koreyadan 22 idmançının qatılması və iki ölkə idmançılarının açılış mərasimində eyni bayraq altında iştirakı qərara alınmışdı.

Pxençxan Qış Olimpiya Oyunlarının Fevralın 9-da keçirilən açılış mərasimində Şimali Koreya lideri Kim Jong bacısı Kim Yo-jong da iştirak edirdi. Sonra Cənubi Koreya Prezidenti Mun Jae tərəfindən göndərilən şəxsi heyət iki günlük səfər zamanı Şimali Koreya lideri Kim Jong ilə naharda bir araya gəlib, Kim "yenidən birləşmə" və daha yaxın münasibətlər qurmaq barədə arzularını dilə gətirmişdilər.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz