0

İsrailli deputat: “Namazlarınızda Allahu Əkbər yox, İsrail Əkbər deyin”

Baxış: 1 648
Press-az.com xarici KİV-ə istinadən xəbər verir ki, qarşıdurma İsrail parlamentində fələstinlilərin şəxsiyyət vəsiqələrinin geri alınması barədə səsverməyə qoyulan qanun layihəsinin müzakirəsi zamanı baş verib.
Belə ki, müzakirə zamanı israilli deputat Likud Partiyasının üzvü Yoav Kiş müsəlmanlara qarşı qəzəbli halda çıxış edib. O, ərəblərə namaz qılarkən “Allahu Əkbər” əvəzinə “İsrail Əkbər” demələrini tövsiyyə edib.

Qarşıdurma bundan sonra yaranıb. Müsəlman deputatlar isə ona: - “Allah səndən də, sənin İsrailindən də böyükdür” – deyə, reaksiya veriblər.
Fələstinlilərin hüquqlarını Knessetdə müdafiə edən Əhməd Ət-təybi isə Kişin nə qədər iyrənc bir varlıq olduğunu bildirib. 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz