Trampdan müsəlman dünyasını hiddətləndirəcək NÖVBƏTİ QƏRAR » Press-az
0

Trampdan müsəlman dünyasını hiddətləndirəcək NÖVBƏTİ QƏRAR

Baxış: 430
ABŞ prezidenti Donald Tramp Qüdsdə ABŞ-ın səfirliyinin açılışında iştirak edə bilər.

Press-az.com “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə deyib.

“İstisna etmirəm. Baxaq. Biz səfirliyin binasını çox tez tikmək istəyirik”, - Tramp bildirib.

Qeyd edək ki, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə mayın 14-də - İsrailin yaranmasının 70-ci ildönümündə köçürülməsi planlaşdırılır.

Xatırladaq ki, 2017-ci il dekabrın əvvəlində ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. İsrail Qüdsü özünün “vahid və bölünməz” paytaxtı hesab edir. Lakin dünyanın əksər ölkələri hesab edir ki, Qüdsün statusunun müəyyən edilməsi Yaxın Şərq münaqişəsinin həlli üçün vacibdir. Bildirilir ki, şəhərin statusu fələstinlilərlə razılıq əsasında həll edilməlidir.

Dekabrın 13-də İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən toplantısında Şərqi Qüds Fələstinin paytaxtı kimi tanınıb.

Fələstinlilər ənənəvi beynəlxalq hüququn bazasında İsraillə münaqişənin nizama salınmasına nail olmaq istəyir. Fələstin paytaxtı Şərqi Qüds olmaqla, 1967-ci il sərhədləri çərçivəsində dövlətin yaradılmasına çalışır.

Qeyd edək ki, yanvarın 19-da “Nyu York Tayms” nəşri diplomatik mənbələrə istinadən ABŞ-ın Təl-Əvivdəki səfirliyininin 2019-cu ildə Qüdsə köçürüləcəyini yazmışdı. Daha əvvəl administrasiyadan iddia edirdilər ki, səfirliyin köçürülməsi prezident Donald Tramp səlahiyyət müddətinin sonuna (2021-ci il yanvarın 20-si - red.) olmayacaq. Ancaq nəşrin yazdığına görə, ABŞ-ın prezident administrasiyası köçürülmə ilə bağlı planı artıq hazırlayıb. Mənbələrin sözlərinə görə, səfirliyin Qüdsə köçürülməsi prosesinin sürətləndirilməsi Trampın reytinqinə müsbət təsir göstərə bilər.

ABŞ-ın dövlət katibi Reks Tillerson isə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi 3 ildən tez olmayacağını bildirmişdi.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz