0

Məxfi ABŞ bazası tapılıb

Baxış: 423
[spoiler][/spoiler]Qrenlandiyada 35 metr qalınlıqda olan qar təbəqəsinin əriməsindən sonra "Əsr” düşərgəsi – ABŞ-ın son dərəcə məxfi sayılan raket bazası aşkarlanıb.
Anews.az xəbər verir ki, düşərgə 1967-ci ildə bağlanıb.
Hərbçilər onu SSRİ-yə qarşı müharibəyə hazırlıq məqsədilə istifadə edib. "Buz altında şəhər” adı ilə tanınan və ümumilikdə üç kilometr uzunluqda olan tunellər şəbəkəsindən ibarət olan baza 200-dən çox hərbçi üçün nəzərdə tutulub.
Hərbçilərin düşərgədə yaşaması üçün hər cür şərait, o cümlədən mağaza, xəstəxana, kiçik kilsə, hətta kinoteatr belə olub.
Ancaq 1967-ci ildə buzlağın ərimə təhlükəsi ortaya çıxdıqdan sonra ABŞ bazadan imtina edib. Belə ki, mühəndislər onun divarlarının uça biləcəyindən ehtiyat edib.
"The Daily Star”ın məlumatına görə, düşərgədə bioloji, kimyəvi və radioaktiv tullantılar qalmaqdadır. Baza ərazisi buz təbəqəsindən tam azad olunarsa, həmin zərərli maddələr atmosferi çirkləndirə bilər.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz