0

Ərdoğanla Papanın təkbətək görüşündə kreslo qalmaqalı : Türkiyə prezidenti kreslosunun dəyişdirilməsini tələb etdi və…

Baxış: 9 662

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vatikanda katoliklərin ruhani lideri Papa Fransisk ilə təkbətək görüşü zamanı ona alçaq stul verilməsi səbəbiylə Papanın kreslosu ilə bərabər bir kreslo istədiyi iddia edilir.

Avropa.info xəbər verir ki, Ərdoğanın Vatikanda Papa Fransisk ilə təkbətək görüşü zamanı kreslosunu dəyişdirdiyi bildirilir. Ərdoğan onun üçün ayrılmış stulun daha aşağı səviyyə olması səbəbindən Roma Papasının kürsüsündən tələb etdiyi qeyd olunur.

Xatırladaq ki, Ərdoğan Atatürk Hava Limanında çıxışı zamanı Papayla görüşdə yalnız Türkiyəni təmsil etmədiyini, eyni zamanda  İslam Əməkdaşlıq Təşkilatının sədri kimi 1,5 milyard müsəlmanı təmsil etdiyini demişdi.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz