0

Mahmud Əhmədinejad saxlanılıb

Baxış: 534
 

 İranın keçmiş prezidenti Mahmud Əhmədinejad hakimiyyət əleyhinə etirazları dəstəklədiyi üçün həbs edilib.

Press-az.com-un xəbərinə görə, belə bir iddia ilə şənbə günün Əl-Qüds Əl-ərəbi qəzeti Tehrandakı mənbəyə istinadən çıxış edib.

Nəşrin məlumatına əsasən, Əhmədinejad Şiraza səfəri zamanı İranın ali dini rəhbəri Əli Xameneinin göstərişi ilə saxlanılıb. 

Qəzet yazır ki, 61 yaşlı sabiq prezident aksiyalara dəstək verdiyinə və təhrikçiliyə görə həbs olunub. O, Buşer şəhərinə gələrək sakinlərlə söhbətində bildirib ki, hakimiyyətdə olan İran liderləri sadə insanların problemlərindən ayrıca yaşayırlar.

Rəsmi Tehran məsələni hələlik şərh etməyib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz