0

Türkmənistan prezidenti 4 naziri vəzifəsindən uzaqlaşdırdı

Baxış: 398
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov kadr dəyişikliyi aparıb.

Dövlət başçısı müvafiq qərarı 2017-ci ilin 11 ayının yekunlarına həsr olunmuş iclasda qəbul edib.

Türkmənistan liderinin sərəncamı ilə işlərində yol verdikləri ciddi nöqsanlara görə sənaye naziri Amanberdi Tuyliyev, əmək və əhalinin sosial müdafiə naziri Seyidməmməd Akməmmədov, dəmiryol nəqliyyatı naziri Dəryaqulu Byaşimov, eləcə də kənd və su təsərrüfatı naziri Nursaxed Sapardurdıyevi vəzifələrindən azad ediliblər. 

Q. Berdıməhəmmədovun digər sərəncamı ilə "Türkmenstandartlary"  dövlət xidmətinin rəhbəri Kərim Durdımıradovu sənaye naziri təyin edilib. Vəzifədən azad edilən digər üç nazirin vəzifəsini müvəqqəti olaraq nazir müavinləri həyata keçirirlər. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz