0

Qüdsdə müsəlmanlarla polis arasında toqquşma - 95 YARALI

Baxış: 416
Qüds şəhərində müsəlmanlarla İsrail polisi arasında toqquşma baş verib.
Press-az.com xəbər verir ki, şəhərin Dəməşq qapılarında nümayiş edən müsəlmanlarla polis toqquşub.
Nümayişçilər Köhnə Şəhər yaxınlığındakı küçəni bağlayıb. Atlı polis etirazçıları qovmağa çalışır. Polisə şüşə qablar atılıb. Kütlə Dəməşq qapılarını keçməyə çalışır.
Nümayişçilər arasında xəsarət alanlar var. Yaralananları təcili tibbi yardım maşınları aparıb. Hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib.İordan çayının qərb sahillərindəki şəhərlərdə də toqquşmalar baş verib.
Qeyd edilir ki, gözyaşardıcı qazdan 40 nəfər zəhərlənib. ***İsrail əsgərlərinin nümayişçilərə müdaxiləsi nəticəsində biri jurnalist olmaqla 4 nəfər yaralanıb.
Aksiya iştirakçılarından bəziləri gözyaşardıcı qazın təsirindən boğulmaq təhlükəsi ilə üz-üzə qalıb.
Qəzza və Qüds bölgəsindəki aksiyalar zamanı təxminən 95 nəfər yaralanıb.
Bu barədə Fələstin Qızıl Aypara cəmiyyətindən məlumat verilib.
İsrail əsgərləri bəzi nümayişçiləri həbs edib.
Baş verənlərə dərhal reaksiya verən HƏMAS təşkilatı öldürülən və yaralanan hər fələstinliyə görə İsrailin cavab verəcəyini bildirib.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz