0

"Putinin yoluna 50 bomba qoyulub" - Anonim zənglər təşviş yaratdı

Baxış: 1 036
Rusiyada anonim zənglər: Putinin yoluna 50 bomba qoyulubRusiya prezidenti Vladimir Putinin avtomobil kortejinin Sankt-Peterburq şəhərində keçəcəyi yolda 50 bomba quraşdırılması barədə 60 anonim zəng daxil olub.
Press-az.com xəbərinə görə, bu barədə ölkə başçısının mətbuat katibi Dmitri Peskov bəyan edib.
Cümə günü Rusiya lideri Sankt-Peterburqda Mədəniyyət forumunda iştirak edib.
"Müxtəlif obyektlərdə, o cümlədən, prezident kortejinin keçəcəyi yollarda, təxminən 50 partlayıcı qurğunun quraşdırılması barədə 60-a yaxın anonim zəng daxil olub” - Pskov bildirib.
Kreml nümayəndəsinin sözlərinə görə, təhlükəsizlik xidmətinin əməkdaşları bütün obyektləri yoxlayıblar, lakin heç nə aşkarlanmayıb. D. Peskov onu da qeyd edib ki, zənglər dövlət başçısının iş qrafikinə təsir etməyib.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz