0

Bərzani təzyiqlərə dözmədi - Noyabrın 1-də postu təhvil verəcək

Baxış: 608

Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani noyabr ayının 1-də vəzifədən gedəcək.

Press-az.com xəbər verir ki, muxtariyyət parlamentinin sərd müavini Cəfər İbrahim Eminki Bərzaninin parlamentə məktub göndərdiyini deyib. Məktubun ardınca Bərzaninin istefa verəcəyi və ya səlahiyyətlərini bölüşdürəcəyi barədə məlumat verilib.

“Röyter” isə Bərzaninin noyabrın 1-də vəzifədən gedəcəyini yazıb.

Qeyd edək ki, kürdlərin müstəqillik referendumundan sonra rəsmi Bağdad Bərzaniyə sərt sanksiyalar tətbiq edib. Həmçinin İraq ordusu hərbi əməliyyatlar həyata keçirib. Buna dözməyən peşmərgələr təslim olub. Bir neçə gün öncə isə Bərzani Bağdad rəhbərliyi ilə münasibətlərin daha da gərginləşməməsi üçün referendumun nəticələrini dondurduğunu açıqlayıb.

Bu gün isə o, postu təhvil verməyi qərarı alıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz