0

Saakaşvili tərəfdarları Polşa ilə sərhəddə mühasirəni yardı — CANLI YAYIM

Baxış: 910

İnformasiyaya əsasən, məntəqədə toqquşmalar başlayıb.

Qatarla Polşa-Ukrayna sərhədini keçə bilməyən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili, ilkin planına qayıtmağa və "Krakovets" nəzarət-buraxılış məntəqəsini avtomobil vasitəsilə keçməyə qərar verib.

Ölkə.Az yerli KİV-lərdən birinə istinadən xəbər verir ki, bu barədə o, Polşa şəhəri Pşemıslda düzənlədiyi konfransda bəyan edib.

"Mən hamıya “Krakovets” buraxılış məntəqəsini mənimlə keçməyi təklif edirəm", — Saakaşvili vurğulayıb.

***

Baş verənlərə Mixail Saakaşvili özü də münasibət bildirib.

"Təsəvvür edirsiniz, biz hansı vəhşilərlə işləyirik? Məni sovet vaxtı metodu ilə vətəndaşlıqdan məhrum etmək vəhşilik idi. Amma xarici ərazidə bütöv qatarı dayandırmaq, Avropa İttifaqında, yüzlərlə sərnişinlə... Siz nə vaxtsa beləsini görmüşdünüz?…", — deyə qatarda öz ailəsi, tərəfdarları və jurnalistlərlə birlikdə olan Saakaşvili bildirib.

"Prezident Poroşenko dəmir yoluna Polşa ərazisində qatarı dayandırmağı əmr edib… Onlar bir nəfəri Ukraynaya buraxmamaq üçün bütün sərnişinləri girov götürüblər.Bu ki vəhşilikdir”, — sabiq-qubernator bir daha vurğulayıb.

*   *   *

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin sabiq qubernatoru, Ukrayna hakimiyyətinin vətəndaşlığını ləğv etdiyi Mixail Saakaşvili şənbə günü bəyan edib ki, bu gün “Krakovets” sərhəd-keçid məntəqəsi vasitəsi ilə Polşadan Ukraynaya gələcək.

Ölkə.Az yerli KİV-ə istinadən xəbər verir ki, onun bu bəyanatından sonra Polşa-Ukrayna sərhədində avtomobillərin hərəkəti dayandırılıb.

Hazırda sərhəd-keçid məntəqəsində Ukraynadan Polşaya və əks istiqamətə avtomobillərin hərəkətinə icazə verilmir.

Saakaşvili bir az əvvəl Polşanın Pşemışlya vağzalında Lvovdan keçməklə Kiyevə qədər gedən qatara minib. Amma qatar hələ yerindən tərpənməyib.

Səsgücləbirici vasitəsilə Gürcüstanın sabiq prezidentindən qatarı tərk etməsini xahiş ediblər: "Bizim qatarda Ukrayna ərazisinə giriş hüququ olmayan şəxs var. olur. O, qatarı tərk etməyincə, biz yerimizdən tərpənməyəcəyik”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz