0

ABŞ şokda: “Kimsə həyatda qalmayacaq, qaçın canınızı qurtarın” — Trampın lüks malikanəsi də təcili boşaldıldı

Baxış: 4 581

Press-az.com Avropa.info-ya istinadən xəbər verir ki, bir yarım milyon insan ştatdan qaçmağa çalışır. Prezident Trampın Palm Beach adlı lüks malikanəsinin boşaldıldığı bildirilir. İnsanların ştatdan təxliyyə edilməsi üçün hərbi təyyarələr göndərilib.

Florida ştatının qubernatoru  5 min 600 insanın təxliyəsi üçün əmr verib. “Dərhal tərk edin. Burada qalan kimsə həyatda olmayacaq” deyə Florida qubernatoru əhaliyə müraciətində bildirib.

Karib hövzəsində ən azı 26 adamın ölümünə səbəb olan İrma qasırğasına görə ABŞ narahatçılıq keçirir. Qasırğa saatda 450 kilometr sürətlə irəliləyir.
Bu arada Fransa Şimali Amerikadakı torpağı olan Quadeloupe zonasına transfer təyyarələri və helikopterlərini göndərib.

Associated Press xəbər agentliyinin xəbərinə görə, sözügedən təyyarə və vertolyotlarla Quadeloupe adasından hərbi personalla yanaşı bölgə sakinləri də təxliyyə ediləcək.

Qasırğa artıq Kubaya çatıb. Şiddətli külək və intensiv yağış ölkədə təsirini göstərir. 50 min turist Kubanı tərk edib. Reuters xəbər agentliyinə görə, şimal sahillərindəki otellər bomboş qalıb.

Qasırğanın bazar günü çatacağı ehtimal edilən Florida ştatında isə bir milyon insanın təxliyəsi başlanıb. Əyalətdən qaçan qaçanadır. Yollarda tıxac yaşanır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz