0

Myanma kimə və nə üçün lazımdır? – Arakanda yaşananların pərdəarxası...

Baxış: 9 322

Bölgənin harda yerləşdiyinə, “kimlərlə” mühasirə olunduğuna diqqət edək: Şimal və Şimal-Şərq hissədən Çinlə, Cənub və Cənub-Şərqdən Taylandla, Qərbdən Banqladeş, bir qədər uzağa getsək, Nepal, Hindistan və sair. Həmçinin Myanmanın birbaşa Hind okeanına və boğazlar vasitəsiylə Sakit okeana çıxışı da var. Bölgə strateji nöqteyi nəzərdən çox əlverişli bir yerdədir. Bəs Myanmanın mövqeyi “kimlər”in maraqları ilə toqquşur? – Dünya okeanına sahib olan Amerika və dünya boğazlarını əlində cəmləşdirən Böyük Britaniya ilə? Deməli, Myanma bu iki ölkənin yiylənmək istədiyi coğrafi məkanda növbəti maneədir!!!

Lakin dini yöndən baxanda müsəlman ölkəsi olan Arakan şəhərində daha iki müsəlman ölkəsinin də marağı toqquşur: İran və Türkiyə…Yenidən xəritəyə nəzər salaq.

Ümumiyyətlə, Şərqə doğru irəlilədikcə, sünni müsəlmanların sayı şiələrlə müqayisədə artır. Myanmadakı arakanlılar isə sünni məzhəbində olan müsəlmanlardır ki, şiə olan İranla Türkiyənin burda baş-başa gəlməsi böyük münaqişədən xəbər verir. Müsəlmanların qırılaraq azalması da əlbəttə, ilk növbədə Qərbin sevincidir.

Çünki bildiyimiz kimi, dünyanın sürətlə artan və yoxsul vəziyyətdə yaşayan milləti müsəlmanlardır. Avropada isə insanlar artmır, yerində sayır. Bütün hallarda bu gün dünyanı narahat edən insanların çoxalması qlobal problem olmaqla yanaşı, həmçinin onların artıq çoxdan bu istiqamətdə hərəkətə keçməsinə, dünyanın hər yerində insanların müxtəlif səbəblərlə öldürülməsinə zəmin yaradıb.

Başqa bir misal, Myanmanın əhatəsində olan ölkələrin əksəriyyəti buddistlərdir ki, təqdim edilən fotolarda da müsəlmanları qıranların buddistlər olduğu görünür. Yəni İslam Şərq istiqamətdə çox uzağa gedə bilməyəcək.

O zaman Myanmada insanların kütləvi şəkildə qırılması şübhə doğurur! Həqiqətənmi orda bu hadisələr baş verir, yoxsa bunun pərdəarsaxı məqamları var? Daha aydın sual: Arakanda yaşanan soyqırımın fotolarını yayanlar kimlərdir? Təbii ki, BBC və CNN media qurumları.

Bu iki media nəhəngi yuxarıda qeyd etdiyimiz kimi maraqları toqquşan ABŞ və İngiltərənindir. Bölgədən ürəkləri dağlayan şəkillər əldə edildiyi halda, media qurumlarının təmsil etdiyi ölkələr Myanmar hökumətinə təsir edə bilmir.

 

Başqa bir iddiada bildirilir ki, Myanmada yaşayan arakanlı müsəlmanlar 1,2 trilyon kub metr qaz və 2,1 milyard barellik neft ehtiyatlarının  torpaqların üzərində yaşayır. Bu isə Qərbin nəfsini oxşayır. Avropanın ən böyük şirkətləri olan Chevron, BP, Shell, Total həmin yataqlara yiyələnmək üçün orda yaşayanların kütləvi soyqırımına imza atır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz