0

Pxenyan: ABŞ ərazisi raket zərbəsinin radiusu daxilindədir

Baxış: 1 050

Kim Çen In ABŞ-ın bütün ərazisinin zərbə altında olduğunu deyib.

Şimali Koreya bildirir ki, qitələrarası ballistik raketin son sınağı uğurlu olub. Pxenyan sınağı ABŞ-a "sərt xəbərdarlıq" adlandırır.

Sınaq təsdiqlədi ki, ABŞ-ın istənilən nöqtəsinə raket zərbəsi endirmək mümkündür, Şimali Koreya lideri deyib.

"Lider iftixarla təsdiqləyir ki, sınaqlar bütün ABŞ ərazisinin zərbə radiusu daxilində olduğunu isbat etdi", - Şimali Koreyanın rəsmi dövlət agentliyi Kim Jong-un sözlərini iqtibas edir.

ABŞ prezidenti raket sınağını "Şimali Koreya rejiminin ən son tələsik və təhlükəli hərəkəti" kimi dəyərləndirib

Pxenyan qitələrarası ballistik raketin ilk sınağını üç həftə əvvəl keçirib.

 

Şimali Koreyanın qitələrarası raket sınağına dair rəsmi televiziya bəyanatı

Cənubi Koreyanın Yonhap agentliyinə əsasən raket ölkənin şimalından yerli vaxtla saat 23:41 buraxılıb.

Son sınaqların keçirildiyi ərazidə raket poliqonunun olduğu barədə məlumat ilk dəfədir ki, üzə çıxır.

Raket Yapon dənizinə düşüb.

Şimali Koreya Hwasong-14 raketinin buraxıldığını bildirir. Bu artıq 3 iyul sınaqlarında istifadə edilən raketdir.

Yaponiya müdafiə rəsmilərinə əsasən 45 dəqiqə uçuşda olan raket əvvəlki sınaqlara nisbətdən daha çox havada qalıb.

3 min metr yüksəkliyə qalxan raketin Yapon dənizinə düşdüyü xəbər verilir.

Qərb mütəxəssislərinə əsasən Pxenyan tərəqqiyə nail olsa da, hələ ki, ballistik raketlərin dəqiqliklə hədəfə çatdırılması texnologiyasına malik deyil.

Şimali Koreya son zamanlar həyata keçirdiyi sınaqların sayını artırıb. Bu, bölgədə gərginliyin daha da artmasına səbəb olur (BBC).

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz