Главная > Baş Xəbər / Ölkə > BÜDCƏMİZİN QARA DƏLİYİ -Azərbaycan Dövlət büdcəsindən milyardları yayındıranlar kimlərdir? - Araşdırma

BÜDCƏMİZİN QARA DƏLİYİ -Azərbaycan Dövlət büdcəsindən milyardları yayındıranlar kimlərdir? - Araşdırma


10-08-2018, 15:05.

BÜDCƏMİZİN QARA DƏLİYİ -Azərbaycan Dövlət büdcəsindən milyardları yayındıranlar kimlərdir? - Araşdırma


Azerbaycanrealligi.com xəbər saytının araşdırmaçı Jurnalisti hüquqşünas Mübariz Məsimoğlu "Azərbaycan Dövlət büdcəsindən milyardları yayındıranlar kimlərdir?" adlı araşdırma aparıb. Həmin araşdırmanı olduğu kimi təqdim edirik. Əlavə olaraq bildirək ki, bu cür araşdırmalar davam edir.

2018- ci ildə dövlət büdcəmizin 21 milyarda manat olması təsbit olunub. Dövlətimizin xarıci borcu isə 17 milyard manatı artıq işıq sürətilə ötüb keçib. Hesab edirəm ki, iqtisadiyyatımızın qara dəlikləri məmur-oliqarxların dibsiz cibi olmasa, Azərbaycanın dövlət büdcəsi 40 milyard manatdan artıq ola bilər.

Kənardan apardığım müşahidələr və ehtimallar üzərində məsələnin bir az dərinliyinə varaq. Məsələn, götürək “Binə” ticarət mərkəzini. Bu mərkəzdə 10 min obyekt fəaliyyət göstərir. Mərkəzin rəhbərliyi bu obyektlərin ( mağazaların) birini aşağısı 1000 manatdan icarəyə verir. Sənədləşdirir 300 manatdan. İndi orta hesabla hesabatdan kənarda qalan 700 manatı 10 minə vuraq. Bu bir aya 7 milyon manat edir. Onu da 12 aya vuraq. Cavab 84 milyon manatdır. İcarəyə verilən obyektlərdən əldə eilən gəlirin 14 faizi dövlət büdcəsinə ödənilməlidir. 84 milyonun 14 faizi 11,760,000 təşkil edir.
 

Həmin ticarət mərkəzinə hər gün 30 min maşın girib – çıxır. Hər birindən 50 qəpik pul alınır. Bu bir ayda 450,000-in, bir ildə isə 5,400,000 min manatın boynunda oturan rəqəmdir. Tamamilə hesabatdan kənarda qaldığından bundan bir manat da olsun dövlət büdcəsinə qədəm basmır.
Həmin ticarət mərkəzində araba sürənlərdən, arada əl ticarətilə məşğul olanlardan orta hesabla gündəlik 5 manat pul yığılır. Təqribi hesablamalara görə onların sayı mini keçir. Bu da bir aya 45000 min, bir ilə isə 5,400.000 manat deməkdir. Hesabatdan yayındırıldığı üçün bunun da bir qəpiyi dövlət büdcəmizin yaralı barmağını islatmar. Yuxarıda qeyd edilən maşın əməliyyatından əldə edilən gəliri də bunun üstünə gələndə cəmi 10, 800,000 manata baş qoyur. Bunun 14 faizi dövlətin büdcəsinə keçirilsə cəmi 1, 512. 000 manat edə bilər. 11,760,000- in üstünə bu rəqəmi gələndə nə qədər edir? Təbii ki, 13,272,000 manat.
Başqa bir tərəfdən həmin ticarət mərkəzində fəaliyyət göstərən heç bir mağazada kassa aparatı yoxdur. 10 min mağazada gündəlik dövriyyə orta hesabla ( aşağı qiymətlə -500 manatla hesablayıram) 5, 000,000, aylıq,150,000,000, illik isə 1, 800, 000,000 təşkil edir. Bunun da 14 faizi (əslində 23 faizi olmalıdır, mən bir az insafla hesablayıram) 252,000,000 manata bərabər olur. Bunu da yuxarıdakı rəqəmin üstünə gəlsək, edəcək 13,524.000.
Tək Bakıda bu üslubda işləyən ticarət mərkəzlərinin sayı ( univermaqlar da daxil olmaqla) 100 – ü keçir. Həmin rəqəmi 100- vursaq 1, 352,400,000 olacaq.

Gəlin başqa bir qara dəliyə diqqət yetirək. Bakıda təqribən 300- dən artıq şadlıq sarayı fəaliyyət göstərir. Bu şadlıq saraylarının hər birinin 3- 4 zalı var. Bu 1200 zal deməkdir. Hər şadlıq sarayında ilin 10 ayı toydur. 10 ayımız 300 gündür. 1200 zalda orta hesabla gündəlik 300 adam yeyib- içirsə, bu edir bir gündə 360,000, bunu da təzədən 300-ə vursaq, hasili 108, 000, 000 –a bərabər olacaq. Bunu da adambaşına alınan hesaba ( orta hesabla 50 manata )vursaq, cavabı 5, 400.000.000 manata ana deyəcək. Bunun da vergisi 1.242,000.000 manat olmalıdır.
Eyni zamanda 1200 zalda 10 ay ərzində ( hər birində 60 nəfər olmaqla) orta hesabla 72,000 min insan gündəlik orta hesabla 20 manata fəaliyyət göstərir . Bunların bir nəfərinin aylıq gəliri orta hesabla 600-ə, 10 aylığı isə 6000-ə bərabərdir. Bunu da 72,000 -ə vursaq, cavabı 432,000,000- dur. Bunun da vergisi 99,360,000 manat olmalıdır. Yuxarıdakı rəqəmlə bu rəqəmin cəmi 1.341.360.000 manata bərəbər olur. Şadlıq sarayları da orta hesabla bu qədər vergidən yayınır.

Ölkə başçısından dövlət büdcəsini talayanlara qarşı sərt təpki 
 

Təqribi hesablamalara görə Bakıda sauna, bar, gecə klubları adı altında 1000- dən artıq əxlaqsızlıq yuvaları fəaliyyət göstərir. Bunların işçi personalının sayı təqribən 40,000 nəfərdir. Bunların aylıq maaşları orta hesabla 24,000,000 , illik gəlirləri isə 288,000.000 manatdır. Bunun vergisi illik 66,240,000 təşkil etməlidir. Həmin yuvalarda gündəlik 100, 000 müştəri yeyib- içir, keyf edir. Aşağı hesabla hərəsi 50 manat hesab verir. Bu bir gündə 5,000,000, bir ayda 150,000,000, illik 1, 800,000,000 deməkdir. Bunun vergisi 414,000,000 manat deməkdir.
Təqribi hesablamalara görə Bakıda ildə 30 minə yaxın sənədsiz ev tikilir. Və bu tikintilərə görə Rayon İcra Hakimiyyətlərinə heç yerdə qeydə alınmayan 3500 manat civarında pul ödənilir. Bu isə 150, 000,000 milyon manat deməkdir.

Təqribi hesablamalara görə Bakıda hər il 3 mindən artıq dövlət obyekti öz dəyərindən 10 dəfə aşağı qiymətə özəlləşdirilir. Orta hesabla ciblərə gedən pulu ( təqribən 50 min götürək) 10 minə vursaq, cavabı 500, 000, 000 -u haqlayacaq.
Təxminlərim ancaq Bakı şəhərinə aiddir. Həm də bütün sahələri əhatə etmir. Ancaq bununla belə təxminlərim təxmin etməyə imkan verir ki, hər il dövlət büdcəsindən 20 milyard manata yaxın vəsaitin yayındırılıb qara dəliklərə- məmur- oliqarxların cibinə axmasını təxmin edək. Əgər on illər ərzində bu cinayət əməlləri davam etməsəydi, indi bizim büdcəmiz 40 milyard ola bilərdi. Xarici borcumuz isə buz kimi əriyib suya dönərdi.
Əfsuslar olsun ki, adları çəkilən obyektlərdə obyektiv təhlillər aparmaq üçün heç bir jurnalist araşdırılmasına imkan vermirlər. Çünki hərəsinin arxasında bir yekə dövlət məmur-oliqarxı dayanıb. Jurnalist bu obyektərə yaxınlaşan kimi yeyib harınlaşan inzibatçılar qarğa- quzğun kimi üstünə tökülür, döyür, söyür, şərləyir. Şanlı polislərimiz isə ancaq onların çaldığı havaya oynayır.

Ölkə Başçısı İlham Əliyevin məmurlara xəbərdarlıq çıxışı - VİDEO


Вернуться назад