Главная > Baş Xəbər / Ölkə > ABŞ-da Azərbaycan barədə yalan danışan erməni cəzalandırılacaq

ABŞ-da Azərbaycan barədə yalan danışan erməni cəzalandırılacaq


10-08-2018, 01:31.

ABŞ-da Azərbaycan barədə yalan danışan erməni cəzalandırılacaq

ABŞ-da fırıldaqçılıqda və dərmanların qanunsuz satışında ittiham olunan erməniyə qarşı ABŞ vətəndaşlığını qanunsuz əldə etmək maddəsi ilə yeni ittiham irəli sürülüb. 

Press-az.com ABŞ miqrasiya və vətəndaşlıq xidmətinə istinadla xəbər verir ki, əvvəllər məhkum olunmuş Berbank sakini 44 yaşlı Armen Sumonyan avqustun 7-də yenidən saxlanılıb. 

İttiham aktında deyilir ki, Simonyan 15 il əvvəl saxta sənədlərlə ABŞ-a gəlib. O bəyan edib ki, erməni-azərbaycanlı ailəsində doğulub və onun valideynlərini Azərbaycanda öldürüblər. 

İstintaq müəyyən edib ki, Simonyan Ermənistanda doğulub, onun valideynləri ermənidir və sağdır. 

Bu saxta məlumata görə o, ABŞ vətəndaşlığından çıxarılacaq. Bundan başqa, qanunsuz dərman satdığı sübuta yetirilsə, 20 il, digər ittihamlara görə isə 60 il müddətinə azadlıqdan məhrum ediləcək.


Вернуться назад