0

Bakıda dəhşətli hadisədə ölən 4 NƏFƏRİN ADI MƏLUM OLDU - SİYAHI

Baxış: 203

Bakıda baş vermiş dəhşətli yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, Qala-Pirallahı yolunda – “Zirə Bio market”in qarşısında “Chevrolet” markalı 90 RR 974 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq əks zolaqda hərəkət edən yük maşınına çırpılması nəticəsində sürücü və 3 sərnişini həlak olub. Belə ki, qəza nəticəsində minik avtomobilini idarə edən 1986-cı il təvəllüdlü Zülfüqarov Namiq Şinağa oğlu ilə yanaşı sərnişinləri: Cəlilov Tərlan Zakir oğlu, Qarayev Şahin Canəhməd oğlu və Qarayev Anar Qərib oğlu hadisə yerində ölüb.

Digər sərnişin Qəribov Emin Qəribşah oğlu isə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, qəzada ölənlərin hamısı Zirə qəsəbə sakinləridir.

*****

09:43

Bakıda dəhşətli yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Pirallahı rayonu ərazisində, Qala-Pirallahı yolunda “Chevrolet” markalı 90 RV 974 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxıb. Yolayrıcına çırpılan minik avtomobili əks hərəkət zolağına çıxıb və qarşıdan hərəkət edən “Kamaz” markalı, 27 BA 301 nömrəli yük maşının altına girib.

Nəticədə minik avtomobilində olan 4 nəfər hadisə yerində ölüb, daha bir nəfər isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Pirallahı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz