0

Beyləqanda kimlər narahatdır? - İDDİA

Baxış: 40
Beyləqanda kimlər narahatdır? - İDDİA

Beyləqan Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmovanın işdən azad olunması ilə bağlı ilk olaraq xəbəri biz vermişdik.
Azerinfo.tv əvvəlcədən qeyd etmişdi ki, sabiq icra başçısı Vaqif Abdullayevlə korrupsiya əlaqəsində olan bütün məmurlar işdən qovulacaq. Elə də oldu.
İxtisarlar təhsil sahəsindən də yan keçmədi.
Xuraman Rüstəmovanın korrupaiya piramidası haqda çox yazılırdı. Axır ki, deyilənlər sübut olundu. Rüstəmovaya boyun əyməyən təhsil işçiləri şərlənir, karyeraları korlanırdı.
Daşburun qəsəbəsində yerləşən, Əli Rüstəmov adına məktəbin direktoru Azadi Çobanzadə rüşvət almayan, vicdanlı pedaqoq kimi tanınır. Bu isə Rüstəmovanın iş mexanizminə uyğun gəlmirdi. Çoxsaylı yoxlamalar, təhdidlər dövrü başa çatıb. Azadi Çobanzadə bundan sonra rahat nəfəs alacaq və inanırıq ki, məktəbdə təhsilin səviyyəsi yüksələcək.
Ancaq bunu Gəray Əsədov adına məktəbin direktoru Əziz Əkbərov haqda demək olmaz. Daşburunda qaz olmayan dövrlərdə məktəbə ayrılmış dizel yağını, odunları oğurlayan Əsədov Xuraman Rüstəmovanın sevimli kadrı olub. Vaqif Abdullayevə xoş gəlmək üçün şübhəli pambıq əkimində iştirak edib. İndi deyir ki, guya məcbur ediblər. Bəs o biri cinayətlər. Rüstəmovaya verilən pulları, peşkəşləri cibindənmi verirdi Əziz Əkbərov?
Bir belə iş stajından sonra işdən qovulacağını bilmək, hətta həbs təhlükəsi məyusedicidir.
 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz