0

Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri azad edilib

Baxış: 64

Bakı Apellyasiya Məhkəməsi Gürcüstanla sərhəddə saxlanılan, sonra Bakıda inzibati pozuntuya yol verməsi əsası ilə həbs edilən Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri azad edilib.


Press-az.com-un verdiyi məlumata görə, Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsadov 1 aylıq həbs edilmişdi, cəzası dekabrın 8-də başa çatacaqdı. Gürcüstanda baş tutan prezident  seçklərinin  səhəri  günü azad edildi.

 

Xatırlatma

“Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin” sədri Mirtağı Əsədovun noyabrın 7-də Azərbaycan-Gürcüstan sərhəd buraxılış məntəqəsində saxlanıldığı bildirilir. Bu haqda həmin idarə açıqlama yayıb.

Mirtağı Əsədovun əvvəllər Azərbaycan vətəndaşı olduğu, 2 ilə yaxındır ki, vətəndaşlıqdan imtina etdiyi vurğulanır. Üstəlik, onun ailəsinin Azərbaycanda yaşadığı bildirilir. Verilən məlumata görə, ailəsinə baş çəkməkdən ötrü ildə bir neçə dəfə Azərbaycana səfər edir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz