0

Ukraynalı komandan: “Ruslara özümüzü göstərməli idik…”

Baxış: 73

Kerç boğazında və Azov dənizində özümüzü göstərməli və gəmilərimizin nələr edə biləcəyini ortaya qoymalı idik.

Bu sözləri Ukrayna Hərbi Dəniz Qüvvələri komandanı İqor Voronçenko deyib.

Qeyd edək ki, Rusiya 25 noyabrda Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq 24 əsirlə birgə Kerç limanına aparılıb.

Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Ukrayna insidentlə bağlı 10 vilayətdə bir ay müddətində hərbi rejim elan edib. (Axar.az)

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz