0

Gürcüstan ilk qadın prezidentini seçdi

Baxış: 114

“Gürcü Arzusu” Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabaşvili prezident seçkilərinin qalibi olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Gürcüstan Seçki Komissiyası səslərin 99,7 faizinin hesablanmasından sonra məlumat yayıb.

MSK-nın məlumatına əsasən, Zurabişviliyə seçicilərin 59,56 faizi səs verib. Onun rəqibi, müxalifətdən olan namizəd Qriqol Vaşadze isə seçicilərin 40,44 faizinin səsini qazanıb.



Zurabişvili Gürcüstanın yeni tarixində ilk qadın prezidentdir. O, Parisdə gürcü miqrantların ailəsində dünyaya gəlib. 

Bundan əvvəl, “Gürcüstanın yolu” partiyasının rəhbəri olub, həmçinin Gürcüstan xarici işlər naziri və Fransanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz