0

Zamirə Hacıyeva İngiltərədə saxlanıldı. – şok ittiham irəli sürülüb

Baxış: 507
Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Böyük Britaniyanın Maliyyə Cinayətkarlığı İstintaq Mərkəzində dindirilib.

Press-az.com xəbər verir ki, bu barədə Almaniyada nəşr olunan “Deutsche Welle” jurnalı məlumat yayıb.
İngiltərənin Milli Cinayətkarlıq Agentliyinə (NCA) istinad edən jurnalın məlumatına görə, 55 yaşlı Zamirə Hacıyeva qeyri-qanuni yolla 400 min funt-sterlinq dəyərində qiymətli daş-qaş ələ keçirib. Mənbə bankirin həyat yoldaşının bu ittiham əsasında saxlanıldığını iddia edib.
Hacıyeva Böyük Britaniyada hüquq mühafizə orqanlarının sahib olduğu külli miqdarda pul mənbəyini açıqlanmasının tələb edildiyi ilk əcnəbi vətəndaş olub.

“The Daily Telegraph” qəzeti isə Zamirə Hacıyevanın qeyri-adi dəbəbdəli həyatına diqqət çəkib. Qəzetdə yer alan materialda Cahangir Hacıyevin həyat yoldaşının Londondakı ticarət mərkəzlərində (Harrods) 16 milyon funt xərcləməsinə vurğu edilib.
Bundan başqa NCA Zamirə Hacıyevanın hərrac evindən (Cristie's) aldığı 50 milyon funt dəyərində qiymətli əşyanı müsadirə edib.
Əldə edilmiş əşyaların arasında “Boucheron” safir və 120 min funt dəyərində yaqut boyunbağı var. Hacıyeva isə sərvətinin mənbəyinin qanuni olduğunu iddia edib.

Qeyd edək ki, Zamirə Hacıyevanın həyat yoldaşı Cahangir Hacıyev 2016-cı ildə Azərbaycanda mənimsəmə və isrifa etmə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı və digər ağır cinayətlərdə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə həbs cəzasına məhkum edilib.
Cahangir Hacıyev Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sədri idi.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz