0

Azərbaycan polisini işdən azad etdilər. Şəhid ailəsinin son ümidi olan polisə ədalət tələb edən şəhid anasının fəryadı: VIDEO+FOTO

Baxış: 502
Torpaqlarımızın suverenliyi və müdafiə olunması uğrunda canını əsirgəməyən əslən Sabirabad rayonundan olan şəhid Tərlan Novruzovun anası  və bacıları ölkə başçısı cənab İlham Əliyev və Daxili İşlər Naziri cənab Ramil Usubova Azerbaycanrealligi.com saytı və Azərbaycan Reallığı səhifəsi vasitəsi ilə videomüraciət ediblər. Problemi ictimailəşdirən tanınmış jurnalist Mirismayıl Xələflinin videolentə aldığı kadrlarda görünür ki, ailə olduqca şəraitsiz evdə yaşayır və maddi çətinlikləri var, amma çox təəssüflər olsun ki, bu ailəyə hər zaman maddi və mənəvi yardım göstərən Yol Polis Xidmətinin əməkdaşını şəhid ailəsinin dediyinə görə, qeyri-qanuni olaraq işdən azad ediblər. Şəhid Tərlan Novruzovun anası və bacıları bildirib ki, onlara kömək edən yol polisi işçisi Elvin Mövlanov hər zaman onlara diqqətlə yanaşıb, onların çətin vəziyyətində yanlarında olub, ana və bacılar xəstəlikdən əziyyət çəkəndə onları təmənnasız olaraq həkimə aparıb və tibbi xərclərini ödəməkdə yardım göstərib. Sabirabad Rayon Yol Polis Xidmətində işləyən Elvin Mövlanovun işə qaytarılması üçün Daxili İşlər Naziri Ramil Usubovun onları qəbul etməsini istəyən ailə prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevadan da kömək istəyiblər. Sözügedən videomüraciəti təqdim edirik.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz